Bölgələrdə yeni ağırlıqqaldırma zalları istifadəyə verilib

Bölgələrdə yeni ağırlıqqaldırma zalları istifadəyə verilib

İsmayıllı, Qax və Balakən rayonlarında yeni ağırlıqqaldırma zalları istifadəyə verilib. “Girdiman”, “Kürmük” və BAF klublarının məşq zalları müvafiq avadanlıqlarla təchiz olunub. Zallarda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib.
Yeni idman zallarında isti döşəmə və havalandırma sistemləri qurulub, paltardəyişmə, duş-kabinələri, sauna otaqları, məşqçilərin iş otaqları yaradılıb.
Yeni idman zallarında təcrübəli mütəxəssislərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirilir.
Bölgələrdə yeni idman zallarının açılması ağırlıqqaldıranların müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandaların təlim məşq toplanışlarının daha yaxşı təşkil olunmasına imkan verəcək.