Baş katib yığma komanda ilə görüşüb

Baş katib yığma komanda ilə görüşüb


Bu həftə AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. O, Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 10-da İrlandiya, 2 gün sonra Bosniya və Herseqovina, oktyabrın 15-də isə İsveç komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları İsveçdə təşkil olunacaq.