Basketbolçularımız Serbiyada hazırlıq keçirlər

Basketbolçularımız Serbiyada hazırlıq keçirlər

3x3 basketbol üzrə yığma komandamız Avropa kuboku yarışlarına hazırlığı davam etdirir. Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq yarışa hazırlaşan kişilərdən ibarət 3x3 basketbol yığmamız Serbiyada təlim-məşq toplanışında iştirak edir.

Hazırlıq prosesinə qatılan Amil Həmzəyev, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət heyət Novi Sad şəhərində Serbiya millisi və bir sıra yerli klublar ilə yoxlama oyunları keçirib.

Yığma komandamızın Serbiyadakı təlim-məşq toplanışı sentyabrın 8-dək davam edəcək.

Qeyd edək ki, millimiz Avropa kuboku yarışlarında D qrupunda Niderland və Belçika komandaları ilə mübarizə aparacaq.