"L`Equipe” nəşrinin məlumatına görə, İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç 2012-ci ildən çıxış etdiyi PSJ ilə müqavilənin müddətini 2016-cı ilə kimi uzadıb. Yeni müqavilənin şərtlərinə görə, 31 yaşlı hücumçunun illik məvacibi 13,8 milyon avrodan 15 milyona kimi artırılıb. Müqavilə imzalandıqdan sonra İbrahimoviçin PSJ-ni tərk edəcəyi barədə söz söhbətlərə də son qoyulub. "Mən Avropada "Pari Sen-Jermen”dən daha ambisiyalı bir klub tanımıram. İstəyirəm ki, "PSJ” idman karyeramda sonuncu iştirak etdiyim klub olsun”, - deyə Zlatan İbrahimoviç söyləyib. Qeyd edək ki, keçən mövsümdə İbrahimoviç Fransa çempionatının ən yaxşı hücumçusu seçilib. Çempionat çərçivəsində 34 matçda 30 qol vurmuş İbrahimoviçin sayəsində "PSJ” 1994-cü ildən bəri ilk dəfə çempion adını qazanmış, Çempionlar Liqasında isə dördd bir finala qədər irəliləmiş və bu mərhələdə "Barselona” klubuna uduzub.