"Roma” sentyabrın 27-də 37 yaşı tamam olan kapitanı Françesko Tottini qeyri-adi üsulla təbrik edib. Belə ki, komandanın məşqi zamanı bazanın üzərindən quyruğundan "Tarix sənin üçün danışır. Ad günün mübarək, böyük kapitan!” sözləri yazılan banner asılmış kiçik təyyarə uçub.
Xatırladaq ki, bu günlərdə Totti klubla müqaviləsini 2016-cı ilə kimi artırıb.