“Qarabağ” və “İnter”in hücumçuları İspaniyaya gedir

“Qarabağ” və “İnter”in hücumçuları İspaniyaya gedir

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də İspaniya yığması ilə qarşılaşacaq Gürcüstan millisinin heyəti açıqlanıb. Qonşu ölkənin millisinin baş məşqçisi Temuri Ketsbaya qarşıdakı oyun üçün 23 futbolçuya dəvət göndərib.
Siyahıda Topaz Premyer Liqasında çıxış edən iki futbolçunun da adı var. Belə ki, "Qarabağ”ın hücumçusu Nikoloz Gelaşvili və "İnter”in futbolçusu Baçana Sxadadze İspaniya ilə oyuna dəvət alıblar.
Qeyd edək ki, İspaniya - Gürcüstan oyunu oktyabrın 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.