Karateçimiz dünya çempionu oldu

Karateçimiz dünya çempionu oldu

Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçirilib.
Dünya çempionatında milli komandamız da iştirak edib. Böyüklər arasında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi 4 döyüşün hamısını qələbə ilə başa vurub.
Ü.Məmmədov fəxri kürsünün birinci pilləsinə qalxaraq, dünya çempionu tituluna sahib olub.