Millimizin üzvü Ufuk Budak "Əskişəhərspor”un əvəzedici komandasında yenə qol vurub. O, bu dəfə "Bursaspor”un qapısına yol tapıb.Start heyətində meydana kapitan kimi çıxan Ufuk komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə son qolu vurub. O, oyunun 86-cı dəqiqəsində fərqlənib. Bundan 3 dəqiqə sonra isə Budak baş məşqçi Musa Devrim tərəfindən Cem Kumru ilə əvəzlənib.
Qeyd edək ki, Ufuk Budak müdafiəçi olmasına baxmayaraq, ötən tur "Sakaryaspor”a 2:3 hesabı ilə məğlub olduqları oyunda da rəqib qapısına yol tapmışdı.