Maks Ferstappen Yaponiya Qran-prisinin qalibi oldu 

Maks Ferstappen Yaponiya Qran-prisinin qalibi oldu 

Formula 1 üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşib. "RedBull" komandasının üzvü MaksFerstappenyarışda bütün rəqiblərini qabaqlayıb. Bununla da niderlandlı pilot karyerasında 2-ci çempionluğunu qazanıb."Ferrari"dənŞarlLekler finişə ikinci çatıb. "RedBull"un digər pilotu SerxioPeres isə 3-cü yeri tutub.
Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da olacaq.
Budəfəki yarış həmçinin xoşagəlməz hadisələrlə də yadda qalıb. Belə ki, yarış 3-cü dövrədə qırmızı bayraqla dayandırılıb.Buna yağışlı hava üzündən baş verən qəzalar səbəb olub. Birinci dövrədə "Alpine" komandasından FernandoAlonso ilə "AstonMartin"in pilotu SebastyanFettel toqquşub, lakin hər ikisi yoluna davam edib. İdarəetməni itirərək qəzaya uğrayan "Ferrari"nin ispaniyalı pilotu KarlosSayns isə mübarizəni dayandırıb.
Bundan başqa, yarışın keçirildiyi Suzuka trasına traktor daxil olub. Bu isə iştirakçıların narazılığı ilə qarşılanıb.