İbrahimoviç bu dəfə komediya serialında rol alacaq 

İbrahimoviç bu dəfə komediya serialında rol alacaq 

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatanİbrahimoviçseriala çəkiləcək. 41 yaşlı hücumçu "Vita da Karlo" komediya serialının ikinci mövsümündə yer alacaq. Layihənin yayımı ilə "Napoli"nin prezidenti Aurelio De Laurentisin sahibi olduğu "Paramount+" şirkəti məşğul olur.
Qeyd edək ki, hazırda zədəli olan Zlatanİbrahimoviç 2023-cü ilin əvvəlində yaşıl meydanlara qayıdacaq. Daha əvvəl isveçli forvardın Asteriks və Obeliks haqqında çəkilən filmlərin yeni seriyasında rol alacağı bildirilib.