Basketbol üzrə ölkə çempionatı 3 ildən sonra yenidən təşkil olunur

Basketbol üzrə ölkə çempionatı 3 ildən sonra yenidən təşkil olunur

Sabah basketbol üzrə 28-ci Azərbaycan çempionatına start veriləcək. "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq çempionatının açılış oyununda “Sərhədçi” PİK və NTD BK komandaları qarşılaşcaq. İlk turun digər oyunları isə oktyabrın 15-də təşkil olunacaq. 
Qeyd edək ki, sonuncu dəfə basketbol üzrə Azərbaycan çempionatı 2019-cu ildə təşkil olunub və pandemiya səbəbindən erkən başa çatıb.