NTD çempionata qələbə ilə başladı

NTD çempionata qələbə ilə başladı

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış oyunu keçirilib. Çempionatın açılış oyununu Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov izləyiblər. 
Açılış oyununda "Sərhədçi” PİK və NTD BK komandaları qarşılaşıblar. Oyuna “NTD BK” basketbolçuları fəal başlayıblar. Onların bu üstünlüyü oyunun sonuna qədər davam edib. Yekunda rəqibini 71-77 hesabı ilə məğlubiyyətə uğradan NTD BK komandası çempionata qələbə ilə başlayıb.
Qeyd edək ki, birinci turun digər görüşləri oktyabrın 15-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq.