Stolüstü tennisçilərimiz Sloveniyada

Stolüstü tennisçilərimiz Sloveniyada

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp”da iştirak edirlər. 
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, istedadlı idmançıların seçim xarakterli final toplanışında millinin baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını nümayiş etdirir. Etimadı doğruldan idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar.
Qeyd edək ki toplanışa oktyabrın 23-də yekun vurulacaq.