Basketbol millimiz FİBA-nın reytinq cədvəlində

Basketbol millimiz FİBA-nın reytinq cədvəlində

Basketbol üzrə yığma komandamızın adı 2021-ci ilin avqustunda açıqlanan FİBA-nın yeni reytinq sıralamasında yox idi. Reytinq səkkiz ilə əsasən hesablandığından və bu illər ərzində millimizin heç bir rəsmi oyunda iştirak etməməsi səbəbindən yığma komandamız siyahından kənarlaşdırılıb. 2022-ci ildə isə Maltada təşkil olunmuş kiçik ölkələrin Avropa çempionatında, kişilərdən ibarət basketbol yığmamız da iştirak edib. Yığmamız keçirdiyi rəsmi qarşılaşmalara görə yenidən FİBA-nin reytinq siyahısına daxil olub. Yeni reytinq cədvəlinə əsasən milli komandamız 78,5 xalla 163 ölkə arasında 112-ci pillədə qərarlaşıb.