Nərimanov rayonunda basketbol turniri 

Nərimanov rayonunda basketbol turniri 

Nərimanov rayonundakı 212 saylı tam orta məktəbdə oğlanlar arasında basketbol turniri keçirilib. Turnirdə rayonun 18 məktəb komandasının tərkibində 216 nəfər iştirak edib. Yarışın nəticələrinə görə birinci yerə 82 saylı tam orta məktəbin, ikinci yerə 39 saylı tam orta məktəbin, üçüncü yerə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 saylı Ekologiya liseyinin komandası layiq görülüblər.
Turnirdə ilk üç yerləri tutan komandalar idarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.