Favoritlərdən çətin qələbə

Favoritlərdən çətin qələbə

Azərbaycan Basketbol Liqasında II tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib. Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində baş tutub. Günün ilk matçında lider "Gəncə" Astaranı təmsil edən "Zirə" komandasına 78:77 hesabı ilə qalib gəlib. Digər oyunda isə "Neftçi" "Sərhədçi"ni məğlub edib - 85:80. Bu nəticələrdən sonra xallarını 4-ə çatdıran "Gəncə" zirvədəki mövqeyini qoruyub.Eyni xala malik "Neftçi" 2-cidir. Hərəyə 2 xalı olan "Zirvə" və "Sərhədçi" isə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, tura oktyabrın 22-də keçiriləcək "AAAF Xırdalan" - "Sabah" və "Olimpik" (Şəki) - NTD matçları ilə yekun vurulacaq.