Almaniya Regionalliqasında növbəti turun oyunları keçirilib. Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern”in U-23 komandası öz meydanında "Ulm 1846” ilə qarşılaşıb.Görüş "qırmızı iblislər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sevindirici haldır ki, millimizin Şimali İrlandiya ilə oyunöncəsi "Kayzerslautern”in qələbəsində Rüfət Dadaşov yaxından iştirak edib. O, meydana oyunun 79-cu dəqiqəsində Yan-Lukas Dorovun yerinə daxil olub. Rüfət 1 dəqiqə sonra topa ilk toxunuşundaca hesabı açıb. Matçın 85-ci dəqiqəsində isə portuqaliyalı Riki Pinheyru görüşdə son nöqtəni qoyub - 2:0.
Qeyd edək ki, Rüfət Dadaşov oktyabrın 11-də baş tutacaq Şimali İrlandiya ilə oyunun hazırlıqlarına qoşulub.