Çağırış kuboku: "Murov" növbəti mərhələdə

Çağırış kuboku: "Murov" növbəti mərhələdə

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışının 1/16 final mərhələsinə yüksəlib. Komandamız 1/32 final mərhələsinin cavab oyununda Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib. Azərbaycan Voleybol Mərkəzində oynanılan görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25; 25:18; 25:20; 25:17) hesablı qələbə qazanıb.
İlk görüşdə "Murov" 3:0 (25:19, 25:18, 25:20) hesabı ilə qalib gəlib. İki görüşün nəticəsinə görə, komandamız növbəti mərhələyə adlayıb. Bu komandamızın rəqibi Avstriyanın "UVC Graz" klubu olacaq.