Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib

Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib

Boks Mərkəzində keçirilən kişi boksçular arasında Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib. 38 komandanın iştirakı ilə təşkil edilən 1/4 final mərhələsində 21 döyüş baş tutub. Yeddi çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Yığmamızın aparıcı boksçularından Ruslan Qədirov, Tayfur Əliyev, Malik Həsənov və Məhəmməd Abdullayev yarımfinalda döyüşmək hüququ qazanıblar.
Qeyd edək ki, çempionatda sabah yarımfinal döyüşləri keçiriləcək.