Bu gün Vətən müharibəsi şəhidinin xatirəsinə taekvondo yarışı keçiriləcək

Bu gün Vətən müharibəsi şəhidinin xatirəsinə taekvondo yarışı keçiriləcək

Bu gün gənc taekvondoçular arasında Dövlət Gömrük Komitəsinin açıq birinciliyi keçiriləcək. Yarış 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunub.

Birincilikdə oğlanlar və qızlar hərəsi 5 çəki dərəcəsi dərəcəsində mübarizə aparacaqlar. Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkil ediləcək xatirə turnirində ATF-in üzv olduğu və Dünya Taekvondo Federasiyasının tətbiq etdiyi qlobal üzvlük sistemində yer alan müvafiq hazırlığa malik idmançılar buraxılır.