Azərbaycan Superkuboku Naxçıvanda keçiriləcək

Azərbaycan Superkuboku Naxçıvanda keçiriləcək

Azərbaycan Superkubokunun keçirilmə yeri və tarixi müəyyənləşib. Topaz Premyer Liqasının son qalibi "Neftçi” ilə Azərbaycan kubokunun finalçısı "Xəzər Lənkəran” oktyabrın 23-də Naxçıvan şəhərində təşkil olunacaq Superkubok oyununda qarşılaşacaqlar.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan Superkuboku uğrunda oyun 1995-ci ildə "Turan” və "Neftçi” komandaları arasında keçirilmişdi.