Taekvondoçularımız Avropa birinciliyində mübarizə aparacaqlar

Taekvondoçularımız Avropa birinciliyində mübarizə aparacaqlar

Sabah Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyinə start veriləcək. Yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. Komandamız turnirdə iki idmançı ilə təmsil olunacaq.  
Ölkəmizin idman şərəfini baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Samir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) qoruyacaqlar.