Beynəlxalq dərəcəli hakimimiz “Böyük dəbilqə” turnirində ədaləti qoruyub

Beynəlxalq dərəcəli hakimimiz “Böyük dəbilqə” turnirində ədaləti qoruyub

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilir. Heydər Əliyev adına İdman arenasında keçirilən yarışda “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimimiz Nazim Umbayev də ədalət təmsilçisi qismində çıxış edir. Turnirin ilk günündə ilkin mərhələdə qadınlar arasında -48 kq və -52 kq çəki dərəcələrində, kişilər arasında isə -66 kq çəki dərəcələrinin görüşlərini idarə edib. Final mərhələsində isə qadınlar arasında -57 çəki dərəcəsinin bürünc medal uğrunda olan görüşü idarə edib.