“Barselona”nın 10 futbolçusu “Qızıl top”a namizəd olacaq

“Barselona”nın 10 futbolçusu “Qızıl top”a namizəd olacaq

2013-ci ilin "Qızıl top”unun sahibinin adı gələn il yanvarın 13-də açıqlanacaq. Dünyanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan bu mükafata namizədlərin geniş siyahısı məlum olub. Barselonada nəşr olunan "El Mundo Deportivo”nun məlumatına görə, siyahı rəsmən oktyabrın 29-da açıqlanacaq. 23 nəfərlik siyahıda "Barselona” klubunun 10 futbolçusu yer alacaq: Messi, Neymar, İnyesta, Buskets, Pike, Dani Alves, Fabreqas, Maskerano, Xavi və Xordi Alba. Həmçinin Kriştianu Ronaldu, Serxio Ramos, Mesut Özil, Frank Riberi, Aryen Robben, Robert Levandovski, Didye Droqba, Yaya Turenin də "Qızıl top”a namizəd olacağı bildirilir.
Bundan başqa, dünyanın 2013-cü ildə ən yaxşı məşqçisi adına 10 namizəd arasında da son qalib Visente Del Boske, Yupp Heynkes, Joze Mourinyo və Xosep Qvardiolanın yer alacağı barədə məlumat yayılıb.