Dünya kuboku: Millimiz finala vəsiqə qazandı

Dünya kuboku: Millimiz finala vəsiqə qazandı

Bakıda keçirilən dünya kubokunda Yunan-Roma güləşi üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb. Azərbaycan - dünya yığması görüşü 5:5 hesabı ilə başa çatsa da, fərdi qarşılaşmalarda toplanan xallara görə milli komandamız qələbə qazanaraq B qrupunun qalibi oldu.

Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.