Basketbol Liqasında IV tur başa çatdı

Basketbol Liqasında IV tur başa çatdı

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma təşkil olunub. Hər iki görüş "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilib. Günün ilk matçında "Sabah" komandası "Gəncə"ni 81:70 hesabı ilə məğlub edib. Ən məhsuldar basketbolçular qərb qərb təmsilçisindən Kollin Törner (23 xal, 5 asist), paytaxt klubundan isə Entoni Patti (19 xal, 12 ribaund) olub. Turun son oyunu "Zirvə Astara" və "Sərhədçi" arasında gerçəkləşib. Paytaxt təmsilçisi parketdən 94:79 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Zo Tayson (26xal, 11 ribaund), "Sərhədçi"dən isə Maykl Uinn (31 xal, 3 asist) olub. Qeyd edək ki, V turun oyunları 9, 12 və 13 noyabrda keçiriləcək.