Taekvondoçularımız Avropa çempionatında fərqləndilər

Taekvondoçularımız Avropa çempionatında fərqləndilər

Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub. 27 kiloqram çəki dərəcəsində Sabir Məmmədli, 30 kiloqram çəki dərəcəsində Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar. Taekvondoçularımız yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.