Avropa birinciliyində uğur qazanan taekvondoçularımız Vətənə qayıdıblar

Avropa birinciliyində uğur qazanan taekvondoçularımız Vətənə qayıdıblar

Rumıniyanın paytaxtı Buxarestdə başa çatan kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb. 
Yığmamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar. 
Qeyd edək ki, Buxarestdə baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) çempion tituluna yiyələniblər.