Zəfər Gününə həsr edilmiş idman turnirləri başa çatıb 

Zəfər Gününə həsr edilmiş idman turnirləri başa çatıb 

Balakən rayonunda Zəfər Gününə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş və şahmat üzrə rayon turnirlərinə yekun vurulub. İdarənin və rayon Uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə turnirdə 12 çəki dərəcəsində 83 idmançı mübarizə aparıb.
10-12 və 14-16 yaş qrupları üzrə keçirilən şahmat turnirində isə 88 yeniyetmə və gənc iştirak edib. Turnirlərin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Zəfər Günü münasibətilə Balakən Olimpiya İdman Kompleksində startı verilən bələdiyyə və təşkilat komandaları arasında mini futbol üzrə rayon birinciliyində isə 19 komanda mübarizə aparır. Dairəvi sistem üzrə keçirilən yarış dekabrın sonunadək davam edəcək.