2014-cü il dünya çempionatında topun qapıdan keçdiyini qeydə alan sistem tətbiq olunacaq. Bu barədə FİFA-nın açıqlamasında bildirilir.
Bu sistemdən ilk dəfə 2013-cü il Konfederasiyalar Kubokunda istifadə ediləcək. Almaniya istehsalı olan "GoalControl-4D” sistemi bu ilin dekabrinda keçiriləcək klublararası dünya çempionatında da tətbiq ediləcək.
Qeyd edək ki, klublararası dünya çempionatının ilkin mərhələsində təşkilatçı ölkəni "Raca Kasablanka” təmsil edəcək. İlkin mərhələdə bu komanda Avstraliya və Okeaniya çempionu "Oklend Siti” (Yeni Zelandiya) komandasını sınağa çəkəcək. Oyun dekabrın 11-də keçiriləcək.
![]()