Dünya kubokunun vaxtı dəyişib

Dünya kubokunun vaxtı dəyişib


Hokkey üzrə dünya kuboku 2024-cü ilin fevralında keçirilməyəcək. Bu barədə Milli Hokkey Liqasının mətbuat xidməti məlumat yayıb.

"Son bir il ərzində Milli Hokkey Liqası və Oyunçuların Həmkarlar Birliyi 2024-cü ilin fevral ayında ən yaxşı komandalar arasında ilk beynəlxalq hokkey turniri olan növbəti dünya kubokuna ev sahibliyi etmək planları üzərində işləyirdi. Təəssüf ki, hazırkı şəraitdə, bu yarışı keçirmək mümkün deyil. Biz 2025-ci ilin fevralını səbirsizliklə gözləyərək, növbəti dünya çempionatını planlaşdırmağa davam edirik”, - məlumatda bildirilir.

Bundan əvvəl də bildirilib ki, 2024-cü ildə keçirilməli olan hokkey üzrə Dünya Kuboku təxirə salına bilər. Buna səbəb digər ölkə yığmalarının Rusiya millisi ilə qarşılaşmaq istəməməsidir. Onlar Ukraynadakı müharibəyə görə rusiyalı hokkeyçilərin yarışda iştirakına qarşı çıxıblar.

Daha əvvəl isə Beynəlxalq Hokkey Federasiyası (IIHF) öz bayrağı altında keçirilən turnirlərdə Rusiya seçməsinin iştirakına qadağa qoyub.