Braziliya Qran Prisində yeni çempion 

Braziliya Qran Prisində yeni çempion 

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə dünya çempionatının 21-ci turu olan Braziliya Qran Prisinin qalibi olub. Yarış “İnterlaqos” avtodromunda keçirilib. C.Rassel üçün bu qələbə mövsümün ilki olub. “Mercedes” komandasında çıxış edən britaniyalı Lüis Hemilton ikinci yeri tutub. “Ferrari” komandasının pilotu ispaniyalı Karlos Sayns isə üçüncü yerlə kifayətlənib. 
“Red Bull” komandası 10 yarışda ilk dəfə cari mövsümün dünya çempionatını qazana bilməyib. Sonuncu dəfə başqa komandanın pilotu iyulun 10-da Avstriyada keçirilən Qran Prinin qalibi olub.