Ağırlıqqaldıranımızdan 3 bürünc medal

Ağırlıqqaldıranımızdan 3 bürünc medal

Türkiyənin paytaxtı Ankarada ağırlıqqaldırma üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib. 16 ölkədən 72 atletin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Körpücük üzərinə ilk olaraq Mərkəzi Ordu İdman Klubunun nümayəndəsi Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız ümumilikdə 127 kq (55 kq+72 kq) nəticə ilə bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma, həm də ümumilikdə bürünc medala sahib olub.