Qaret Beyl: "Baş məşqçi mənə arxayın ola bilər"

Qaret Beyl: "Baş məşqçi mənə arxayın ola bilər"

Uels yığma komandasının və «Los-Anceles» klubunun vingeri Qaret Beyl mundial ilə bağlı fikirlərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

«Turnirə yüksək səviyyədə hazırlıq proses keçmişəm. Əgər 90 dəqiqə oynamaq tələb olunsa, baş məşqçi mənə arxayın ola bilər. İndi dua edirik ki, məşq prosesində heç bir futbolçumuz ciddi zədə almasın. Hər hansı bir itki bizə mundialda böyük çətinlik yaradacaq», - deyə Beyl qeyd edib.