Basketbol Liqası: “Gəncə” komandası turnir cədvəlinə liderlik edir

Basketbol Liqası: “Gəncə” komandası turnir cədvəlinə liderlik edir

Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun oyunlarına yekun vurulub. "Sərhədçi" İdman Mərkəzində keçirilən turun sonuncu oyununda - “AAAF Xırdalan” və “Olimpik Şəki” komandalarının qarşılaşmasında Xırdalan basketbolçuları qələbə qazanıblar -93:71. Əvvəlki oyun günlərində "Sərhədçi" komandası  “Sabah”a 91:84 hesabı ilə qalib gəlib. Bu, “Sərhədçi”nin çempionatda üçüncü qələbəsi olub. 
NTD komandası isə “Gəncə”yə məğlub olub -86:89. “Zirvə Astara” və “Neftçi” komandalarının oyunu isə birincilərin 85:78 hesablı qələbəsi ilə başa çatıb.  
Qeyd edək ki, ABL-in yeddinci turunun oyunları noyabrın 23-də, 26-da və 27-də keçiriləcək.