Gelaşvili ispanlara qarşı 87 dəqiqə oynadı

Gelaşvili ispanlara qarşı 87 dəqiqə oynadı


İ qrupunda yer alan Gürcüstan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. Qonşu ölkənin komandası səfərdə İspaniyanın qonağı olub. Güclü rəqib qarşısında çətinlik çəkən gürcülər meydandan 2:0 hesabı ilə məğlub ayrılıblar.
Baş məşqçisi Temuri Ketsbaya bu qarşılaşmada "Qarabağ”ın hücumçusu Nikolas Gelaşviliyə də şans verib. Hücumçu oyunun 87-ci dəqiqəsinə qədər meydanda mübarizə aparıb. "İnter”in futbolçu Baçana Sxadadze isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Gürcüstan millisi 5 xalla qrupu dördüncü yerdə tamamlayıb.