“Zolaqlılar”dan biri Litva millisində çıxış etdi

“Zolaqlılar”dan biri Litva millisində çıxış etdi


"Bakı” klubunun yarımmüdafiəçiləri Mindauqas Kalonasla Deyvidas Çesnauskisin şərəfini qoruduğu Litva millisi evdə Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Mərkəz oyunçusu olan Kalonas 90 dəqiqə meydanda olsa da, sağ cinah yarımmüdafiəçisi olan Çesnauskis sonadək ehtiyatda qalıb.
Görüş isə Vedad İbişeviçin oyunun 68-ci dəqiqəsində vurduğu qolla qonaqların qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Litva millisi isə qrupu 4-cü yerdə tamamlayıb. Təmsilçimizin komandası 10 oyuna 11 xal toplaya bilib.