Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına həsr olunmuş ilk seminarı öz işinə başlayıb. EURO-2020-nin oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürmüş bütün şəhərlərin nümayəndələrinin qatıldığı tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və İşçi Qrupun üzvləri iştirak edirlər.