Keçmiş “Qalatasaray”lı da fransalını Messi və Ronaldodan üstün tutur

Keçmiş “Qalatasaray”lı da fransalını Messi və Ronaldodan üstün tutur

Avstraliya yığmasının kapitanı Lukas Neyll Fransa ilə keçirdikləri yoldaşlıq görüşü ərəfəsində fransızların cinah oyunçusu Frank Riberiyə rəğbət bəslədiyini bildirib. Fransa mətbuatı 2010-2011-ci illərdə "Qalatasaray”ın formasını geyinmiş 35 yaşlı müdafiəçinin sözlərini belə təqdim edib: "O, fövqəladə futbolçudur, onunla futbol meydanında qarşılaşmağı səbrsizliklə gözləyirəm. Onun "Qızıl top”u qazanmaq şansı çox yüksəkdir. Baxmayaraq ki, Riberinin Lionel Messi və Kriştianu Ronaldo kimi rəqibləri var. Axı o, ötən mövsüm bütün mümkün mükafatlara sahib olub”.