“Ocaq” beynəlxalq kuboku yarışı başa çatdı

“Ocaq” beynəlxalq kuboku yarışı başa çatdı

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışına yekun vurulub. Turnirdə 2010-2016-cı illər təvəllüdlü gimnastlar güclərini nümayiş etdiriblər. Gimnastlar fərdi yarışlarla yanaşı, qrup hərəkətləri proqramında da medallar uğrunda mübarizə aparıblar.

Birinci “Ocaq” beynəlxalq kuboku yarışında 13 ölkədən 317 gimnast çıxış edib. Yarışda ölkəmiz 200 gimnastla təmsil olunub.