2014-cü il dünya çempionatında topun qapıdan keçdiyini qeydə alan sistem tətbiq olunacaq. Bu barədə FİFA-nın verdiyi məlumatda bildirilir.Qeyd edək ki, bu sistemdən ilk dəfə 2013-cü il Konfederasiyalar Kubokunda istifadə edilib. Almaniya istehsalı olan "GoalControl-4D” sistemi bu ilin dekabrında keçiriləcək klublararası dünya çempionatında da tətbiq ediləcək.
Qeyd edək ki, klublararası dünya çempionatının ilkin mərhələsində təşkilatçı ölkəni "Raca Kasablanka” təmsil edəcək. İlkin mərhələdə bu komanda Avstraliya və Okeaniya çempionu "Oklend Siti” (Yeni Zelandiya) komandası ilə qarşılaşacaq. Oyun dekabrın 11-də keçiriləcək.