Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı

Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı

Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatına qarışıq komanda yarışları ilə yekun vurulub. Çempionatın qalibi adı uğrunda “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu İdman Birliyi 1” komandaları üz-üzə gəlib. “Neftçi İdman Klubu 1” komandası 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb. Çempionatın bürünc medallaına isə “Kanokan TT” idman klubu və “Neftçi İdman Klubu 2” komandası sahib çıxıb.

Qeyd edək ki, yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Qadınlar 48 kq, 57 kq və +70 kq çəki dərəcələrində, kişilər isə 73 kq, 90 kq və +90 kq çəki dərəcələrində güclərini sınayıblar.