Bu həftə Azərbaycan və Rusiyanın veteranlardan ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 1:1.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun idarə etdiyi qarşılaşmada hesabı şimallılar açıblar. İlk hissədə qonaqların heyətində Yuri Tatarkin fərqlənib. Fasilədən sonra isə Aqil Məmmədov yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, veteran futbolçular birlikdə oktyabrın 15-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Rusiya komandalarının oyununu izləyiblər.