Bakı birinciliyində 700-dən çox cüdoçu qüvvəsini sınayacaq

Bakı birinciliyində 700-dən çox cüdoçu qüvvəsini sınayacaq

Dekabrın 13-15-də U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi keçiriləcək. Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq. Yarışda paytaxtın 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 712 (664 oğlan, 48 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimini etmək və eyni zamanda yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.