Məşqçi güllələndi

Məşqçi güllələndi

Liviya futbol klubunun rəhbəri, misirli məşqçi Hossam Əl-Bədri naməlum adamlar tərəfindən güllələnib. Tripolidə yerləşən "Əl-Əhli” klubunun çalışdırıcısına evinin yaxınlığındakı qarajdan atəş açdığı bildirilir.
Əl-Bədri zərər çəkməsə də, güclü sarsıntı keçirib. Polislər tədqiqat işinə başlayıblar.
Qeyd edək ki, futbol üzrə Liviya çempionatının yarışları bu ilin sentyabrında yenidən bərpa edilib. Əvvəllər Əl-Bədrinin məşqçiliyi altında "Əl-əhli” klubu Afrika Çempionlar Liqasının qalibi olub.