Beyl yenə ən yaxşı futbolçu seçildi

Beyl yenə ən yaxşı futbolçu seçildi


İspaniyanın "Real-Madrid” klubunun futbolçusu Qaret Beyl son 4 ildə 3-cü dəfə Uelsin ən yaxşı futbolçusu elan edilib. Qeyd edək ki, dünyanın ən bahalı oyunçusu Qaret Beyl yalnız keçən il bu titula sahib ola bilməyib.
Beyl sentyabrın əvvəllərində İngiltərənin "Tottenhem” klubundan İspaniya "Real-Madrid”inə 100 milyon avroya transfer edib. O, ötən mövsüm 44 oyuna görə 26 qolun, eləcə də 15 məhsuldar öturmənin müəllifi olub.