"Qarabağ” klubunun futbolçuları - Ansi Aqolli və Admir Telinin də çıxış etdiyi Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. E qrupunda keçirilən qarşılaşmada albanlar səfərdə Kipr yığması ilə üz-üzə gəlib.
Rəqibi ilə 0:0 hesablı heç-heçə edən albaniyalılar 11 xalla qrupu 5-ci yerdə başa vurub və mübarizəni dayandırıb.
Ağdam klubunun müdafiəçilərindən Aqolli start heyətdə meydana daxil olub sona qədər mübarizə aparsa da, Teli meydana çıxmayıb.