Basketbol Liqası: “Sərhədçi”dən inamlı qələbə

Basketbol Liqası: “Sərhədçi”dən inamlı qələbə

Azərbaycan Basketbol Liqasında X turun oyunlarına start verilib. "Sərhədçi" İdman Mərkəzində keçirilən turun açılış oyununda "Sərhədçi" və "Olimpik" komandaları üz-üzə gəliblər. Oyun "Sərhədçi" komandasının 99-80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun digər matçları dekabrın 17-si və 18-də baş tutacaq. "Neftçi İK" "Sabah"ı, "AAAF Xırdalan" "Gəncə"ni, "Zirvə Astara" isə NTD-ni sınağa çəkəcək.