Yığmamızın iki aparıcı üzvü “Masters” turnirindən kənarda qaldı

Yığmamızın iki aparıcı üzvü “Masters” turnirindən kənarda qaldı

Dekabrın 20-22-də İsraildə cüdo üzrə “Masters” turniri keçiriləcək. 60 ölkədən 389 (205 kişi, 184 qadın) cüdoçunun içtirak etdiyi yarışda azərbaycanlı tatamı ustaları da qüvvələrini sınayacaqlar. Komandamız yarışda 13 (12 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunacaq. Yarışın başlamasına az bir vaxt qalmış komandamızın heyətində dəyişiklik edilib. Belə ki, -73 kq çəki dərəcəsində çıxış etməli olan cüdoçularımız Rüstəm Orucov və Hidayət Heydərov zədələndikləri üçün milli komandanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə heyətdən çıxarılıblar.

Cüdoçularımızın müalicələri davam etdirilir və ən qısa zamanda sağalıb məşq prosesinə geri dönmələri üçün bütün lazımi tədbirlər görülür.