8 qol vurdu, komandası 11:00 irəli çıxdı

8 qol vurdu, komandası 11:00 irəli çıxdı


"Riyeka”nın 22 yaşlı hücumçusu Andrey Kramariç Xorvatiya kubokunun 1-ci mərhələsi çərçivəsində "Zmay Blato” ilə oyunda 8 dəfə fərqlənib. Onun komandası isə bu qarşılaşmada 11:0 hesablı qələbə qazanıb və qollardan yeddisi fasilədən sonra vurulub. "Zmay Blato”nun Xorvatiyanın 3-cü divizionunda çıxış etdiyini də əlavə edək.
Kramariçə gəlincə, onun bu nailiyyəti ölkəsində rəsmi oyunlarda məhsuldarlıq baxımından rekord göstəricidir. Maraqlıdır ki, adıçəkilən futbolçu Xorvatiya çempionatının ilk 12 turunda cəmi 3 qol vurub. Ölkənin gənclər yığmasına cəlb olunan Kramariç ilin əvvəlində Avropanın bəzi klublarının, o cümlədən Moskva SSKA-sının maraq dairəsində olub.